Bu il yanvarın 1-nə qədər Bakıda dövlət xətti ilə 44 048 ipoteka krediti verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu bildirir.
Azərbaycanda ötən ay 228 ailə dövlətdən kirayə üsulu ilə - MƏNZİL ALIB
Paytaxtın ayrı-ayrı rayonlarına gəlincə, kreditlərin 22 %-i və yaxud 9 693-ü Xətai rayonunda, 19,6 %-i və yaxud 8 632-si Yasamal rayonunda, 12,7 %-i və yaxud 5 577-si Binəqədi rayonunda, 5 061-i Suraxanı rayonunda verilib. Kreditlərin 3 364-ü Nizami, 3 354-ü Nəsimi, 3 175-i Nərimanov rayonlarında verilib. Sabunçu və Səbaildə, müvafiq olaraq 1 946 və 1 442 ipoteka krediti ayrılıb.
Bakıda ən az ipoteka kreditləri ayrılan rayonlar 925 kreditlə Qaradağ, 832 kreditlə Xəzər və 47 kreditlə Pirallahı rayonlarıdır.














