Venesuelada ötən gündən başlayaraq parlamentin spiker Xuan Quaidonu prezident elan etməsindən sonra gərginlik yüksələn xətlə inkişaf edir.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Nikolas Maduro baş verənləri dövlət çevrilişi adlandırıb.
O, Quaidonu qanuni prezident elan edən ABŞ-la diplomatic münasibətləri kəsərək 48 saat ərzində diplomatların ölkəni tərk etməsini istəyib.
Lakin Karakasda yerləşən ABŞ səfirliyinin əməkdaşları Maduronu qanuni prezident saymadıqları üçün bu göstərişi icra etməyəcəklərini deyiblər.
Hazırda Venesuelada həbs olunan vətəndaşların sayı 175-ə çatıb. Ümumilikdə, ölənlərin sayının 18-ə çatdığı da xəbər verilir.
Ümumilikdə, Cənubi və Şimali Amerika ölkələrindən yalnız Meksika Nikolas Maduronu prezident hesab edir. Braziliya, ABŞ, Kanada, Argentina və Kolumbiya kimi iri ölkələr isə Quaidonu qanuni prezident sayır. (Modern.az)
****
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela rəhbəri Nikolas Maduroya dəstək nümayiş etdirib.
FED.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Maduroya zəng edərək yanında olduğunu bildirib:
“Maduro qardaşım! Dik dur, yanındayıq”.
Bu barədə Türkiyə prezidentinin mətbuat sözçüsü İbrahim Kalın Tvitterdəki hesabında #WeAreMADURO həştəqi ilə paylaşım edib.
Qeyd edək ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido prezidentliyini elan edib. ABŞ başda olmaqla Amerika qitəsindəki 34 ölkə də onun prezidentliyini tanıdığını elan edib.
Rusiya, Meksika və Boliviya isə Maduronun yanında olduqlarını açıqlayıblar. (Qafqazinfo.az)
****
Gürcüstan Venesuela Milli Assambleyasının spikeri Xuan Quaidonu hazırkı dövlət başçısı Nikolas Maduronun əvəzinə bu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.
Bunu cümə axşamı Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.
"Gürcüstan Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyır və Venesuela xalqının azadlıq və demokratiya uğrunda mübarizədə səsləndirdikləri bəyanatları alqışlayır", - deyə Zalkaliani "Twitter"də yazıb.
Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb. (Report)
****
Venesuela Milli Məclisinin sədri Juan Guaido and içərək ölkənin "müvəqqəti prezidenti" vəzifəsini üzərinə götürdüyünü açıqlayıb.
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Venesuela Milli Məclisinin sədri Juan Guaido-yu ölkənin "müvəqqəti prezidenti" kimi tanıdığını açıqlayıb.
Trampın bu həmləsinə qarşı Prezident Maduro, ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini və ABŞ-lı diplomatların ölkəni 72 saat ərzində tərk etməsini tələb edib.
Venesuela Milli Məclisinin Juan Guaido, ölkədə keçirilən hökumət əleyhinə aksiyalarda özünü "müvəqqəti prezident" elan edib.
Guaidio, ölkənin paytaxtı Karakasdakı hökumət əleyhinə nümayişlərdə havadarları qarşısında etdiyi çıxışında, "Hakimiyyətin zəbt edilməsinə son qoymaq, müvəqqəti hökuməti qurmaq və azad seçkilər keçirmək üçün rəsmi olaraq Venesuelanın dövlət başçısı vəzifəsini yerinə yetirəcəyimə and içirəm",- deyib.
****
Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən nümayişlər zamanı baş vermiş toqquşmalar nəticəsində azı 16 nəfər həyatını itirib, 70-dən çox insan saxlanılıb.
FED.az TASS-a istinadən xəbər verir ki, bu barədə "El Pitazo" portalı məlumat yayıb.
Onun məlumatına görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar ölüm halları Amasonas, Barinas, Bolivar, Portuqesa və Taçira ştatlarında, həmçinin ölkə paytaxtı Karakasda qeydə alınıb.
Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları ölkənin bir çox bölgələrində keçirilir.
"El Nacional" qəzetinin məlumatına görə, Karabobo ştatının Valensiya şəhərində bir qrup polis əməkdaşı etiraz aksiyasına qoşulub.
****
ABŞ-dan sonra Kanada da Venesuela müxalifətinin rəhbəri Xuana Quaydonu qanuni prezident kimi tanıyıb. FED.az xəbər verir ki, bu baredə ölkənin xarici işlər nazirliyi məlumat yayıb.
****
Bu gün Venesuelada hakimiyyət dəyişib.
FED.az xəbər verir ki, artıq bir neçə gündür ki, davam edən etiraz aksiyalarından sonra ölkə müxalifətinin rəhbəri, parlamentin sədri Xuana Quaydo prezident elan edilib. Bu gün Karakasda keçirilən mitinqdə Quaydo özünü prezident elan edərək and içib.
Eləcə də bax: Ofisiant yeməyi gətirənədək qiymətlər dəyişir – SÜRƏTLİ BAHALAŞMA
Qeyd edək ki, Venesuelada hakimiyyətlə bağlı gərginlik bu ilin əvvəlində artmağa başlamışdı. Yanvarın 11-də ölkənin indiki prezidenti Nikolas Maduro prezident seçkisinin qalibi kimi and içəndə seçkinin nəticələri lə razılaşmayan ölkə parlamenti onun cavabında parlamentin sədrini qanuni prezident elan etmişdi.
Eləcə də bax: Bu ölkədə minimum əmək haqqı - 3 MANAT OLDU
Bunun cavabında isə ölkənin Konstitusiya Məhkəməsi parlamentin özünü qanunsuz elan etmişdi. Məhkəmənin bu qərarı geniş xalq etirazları üçün əsas oldu, insanlar küçəyə axışdılar.
İndi isə Xuana Quaydo prezident kimi and içib. O hərbçilərə və polisə də müraciət edərək xalqın tərəfini tutmağa çağırıb.
Eləcə də bax: Milli valyutası dəyər itirir, kriptovalyuta buraxacaq
Bundan dərhal sonra ABŞ onu Venesuelanın qanuni prezidenti kimi tanıyıb. Bu barədə Ağ Ev rəsmi məlumat yayıb. Prezident Donald Tramp bildirib ki, Venesuelada demokratiyanın bərpası üçün ABŞ bütün gücünü işə salacaq. Tramp onu da deyib ki, Venesuela xalqına qarşı bütün təhlükələrə görə, «Maduro rejimi»ni məsuliyyətə cəlb edəcək.
Trampın ardınca Amerika Dövlətləri təşkilatı da Quaidini Venesuelanın prezidenti kimi tanıyıb. Bu barədə təşkilatın baş kimiti Luis Almaqro tvitterdə elan edib.
Qeyd edək ki, böyük neft ehtiyatları ilə zəngin olan Venesuelada hakimiyyət-müxalifət gərginliyi bir neçəidir ki, davam edir. Son aylarda ölkə iqtisadi çöküşdə idi, milli valyuta sürətlə ucuzlaşıb, əhali arasında yoxsulluq artırdı. Venesuela həm də Qərb yarımkürəsində Rusiyanın ən böyük müttəfiqi sayılırdı.
Rusiya mətbuatı artıq Venesuelada baş verənəri övlət çevrilişi adlandırıb. Amma hələlik rəsmi Moskvadan rəsmi mövqe açıqlanmayıb.
Amma Venesuelada hakimiyyət dəyişsə, Rusiya nəinki özünün əsas müttəfiqlərindən birini, eləcə də, dünyanın neft bazarına nəzarəti itirəcək.