Venesuelada iqtisadi vəziyyət yenidən pisləşib. FED.az xəbər verir ki, bir neçə aylıq sabitlikdən sonra ölkədə dollar yenidən bahalaşmağa, qiymətlər isə fantastik sürətlə artmağa başlayıb.
ELƏCƏ DƏ BAX: Lizinqlə satış qadağan olunur – YENİLİK GƏLİR
Bir neçə ay əvvəl Venesuela prezidenti Nikolya Maduro milli valyutanın üzərindən 5 sıfırı pozanda ölkədə maliyyə vəziyyəti bir qədər düzəlmişdi.
Qiymətlərin fantastik həddən normal səviyyəyə düşməsi əhalini də sakitləşdirmişdi.Məsələn, avqustda, bir fincan kofe 2,5 milyon bolivar olduğu halda indi 25 bolivara enmişdi.
Amma indi, üstündən 3 ay keçəndən sonra qiymətlər yenidən artmağa başlayıb. Həmin kofe fincanı artıq 120 bolivara satılır.
«Bloomberg»in tərtib etdiyi «Cafe Con Leche» indeksinə əsasən, son günlər qiymətlər 5 dəfəyə yaxın artıb. Ümumiyyətlə, Venesuelada illik inflyasiya səviyyəsi 149 900 faizi keçib.
«Monitor Dolar»ın məlumatına görə isə 3 ay əvvəl dolların 95-115 bolivara satıldığı qara bazarda indi dollar yenidən 270 bolivara yüksəlib».
Venesueladakı inflyasiya ölkədəki kütləvi qıtlığın və Mərkəzi Bankın dayanmadan pul çap etməsinin nəticəsidir.
Ölkədə bahalaşma elə sürətlə gedir ki, artıq restoran və mağazalarda malların üstündə qiymət göstərilmir -çünki qiymət hər an dəyişir və müştəriyə qiymət deyiləndən onun satışına qədər qiymətlərdə fərq yaranır.
Başqa sözlə, restoranda yeməyi sifariş etdikdə bir qiymət, onu yeyib hesabı verəndə isfə fərqli qiymət ola bilər.
Nəticədə geniş yayılan xidmətlərin əksəriyyətinin qiyməti bolivarla deyil, bir neçə ay əvvəl olduğu kimi, yenidən dollarla göstərilir.