2023-cü il üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya mülkiyyətinin dəyəri 1 milyard 536 milyon 719 min manat təşkil edib.
FED.az bu barədə Fondun audit hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci il ilə müqayisədə 43 milyon 154 min manat və ya 2,7 % azdır.
Qeyd edək ki, əvvəlki il üzrə bu göstərici 1 milyard 579 milyon 873 min manat təşkil edib.
Ötən ilin sonuna Dövlət Neft Fondunun investisiya mülkiyyəti onun aktivlərinin 1,6 %-ni təşkil edib. Bu nisbət əvvəlki ilin sonuna 1,9 %-ə olub.