Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) birgə müəssisələrə investisiyaları 741 milyon 726 min manat təşkil edib.
Bu barədə FED.az Fondun auditor hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 49 milyon 760 min manat və ya 6,3 % azdır.
2022-ci ildə bu göstərici 791 milyon 486 min manat idi.
2023-ci ilin sonuna Döclət Neft Fondunun birgə müəssisələrə investisiyaları onun aktivlərinin 0,8 %-ni təşkil edib. Bu nisbət 2022-ci ilin sonuna 0,9 %-ə bərabər olub.