Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynanın NATO-ya daxil ola bilməyəcəyini etiraf etmək lazımdır.
Eləcə də bax: Zelenski: “Sanksiyaları alqışlayıram, lakin onlar Rusiyanı dayandırmır”
FED.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb. Məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Conson və Hərbi Birgə Ekspedisiya Qüvvələrinə daxil olan ölkələrin nümayəndələri ilə görüşdə videobağlantı vasitəsilə danışarkən deyib.
Zelenski, "Ukrayna eşitdi ki, NATO-ya üzv olmayacaq, bu doğrudur, biz bunu etiraf etməliyik", -deyib.
"Biz başa düşdük ki, Ukrayna NATO-ya üzv olmayacaq. Biz bunu başa düşürük, biz adekvat insanlarıq" - Zelenski əlavə edib. (Marja)