Hazırda Ukrayna xalqı NATO-ya deyil, beynəlxalq tərəfdaşlarının dəstəyinə arxalanır.
Eləcə də bax: İndiyə qədər Rusiyada fəaliyyətini dayandıran şirkətlərin - TAM SİYAHISI
FED.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Birgə Ekspedisiya Qüvvələrinin liderləri ilə onlayn görüşdə deyib.
O əlavə edib ki, Böyük Britaniya və digər ölkələrin göndərdiyi silah-sursat sürətlə istifadə edilir və kifayət deyil.
“Biz həftəlik əldə etdiyimiz miqdarı adətən 20 saat ərzində istifadə edirik”, - deyə Prezident bildirib.
Zelenski vurğulayıb ki, bu çatışmazlıq səbəbi ilə ələ keçirilmiş Rusiya hərbi texnikaları və Sovet dövründən qalma köhnə vasitələr xidmətə daxil edilir.
Görüş zamanı Zelenski Qərbin sanksiyalarını alqışladığını, lakin onların Rusiyanı dayandırmaq üçün kifayət etmədiyini, tam embarqoya ehtiyac duyulduğunu vurğulayıb.
O, Rusiya ilə biznes əlaqələrinə davam edən firmaları tənqid edib, Rusiya gəmilərinin bütün dünyada limanlara girişinin qadağan edilməsinə, Rusiyanın bütün banklarının “SWIFT” sistemindən çıxarılmasına çağırıb. (Apa)