Avropa İttifaqı bütün hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq.
Rusiyaya təyyarə satışına - QADAĞA QOYULDU
FED.az xəbər verir ki, Avropa Komissiyasının sədri fon der Leyen AB hava məkanını Rusiya təyyarələri üçün bağlayacaqlarını açıqlayıb.
Leyen Sputnik və Russia Today və onlara bağlı media qurumlarının Aİ-də qadağan ediləcəyini və Belarusa qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Ən əsası, Aavropa İttifaqı Komissiyası tarixində ilk dəfə olaraq müharibə vəziyyətində olan bir ölkə üçün silahların alınması və çatdırılmasını maliyyələşdirəcəklərini açıqladı.
Xatırladaq ki, ABŞ, Kanada və Avropa ölkələri daha əvvəl bəzi Rusiya banklarını beynəlxalq ödənişlər şəbəkəsindən Swift sistemindən çıxarmaq barədə razılığa gəliblər.