Avropa İttifaqı Rusiyaya təyyarə, təyyarə hissələri satışına və xidmətlər gösğtərilməsinə qadağa qoyub.
Eləcə də bax: Avropa Birliyi Rusiyaya investisiya yatırmağı – QADAĞAN ETDİ
FED.az xəbər verir ki, yeni sanksiyalara əsasən Rusiya təyyarələrinə sığorta və texniki xidmətlər göstərilməsi də qadağan edilib.
Evrokomissiyanın rəhbəri Ursula fon der Layen bildirib ki, bu qadağa Rusiya iqtisadiyyatının əsas sahələrindən birinin vəziyyətini və ölkə daxilində hərəkət imkanını pisləşdirəcək. Çünki hazırda Rusiyada kommersiya məqsədilə istifadə edilən təyyarələrin 4-də 3-ü Avropa, ABŞ və Kanada istehsalıdır.
Qadağadan sonra Rusiyaya təyyarələrin göndərilməsi yavlnız martın 28-dək davamm edə bilər, o da yalnız fevralın 26-dək bağlanan müqavilələr üzrə olanlar.
Xatırladaq ki, bir qədər əvvəl Avropa İttifaqı Rusiyanın texnologiya, mialiyyə və digər sahələrinə də sanksiya tətbiq edib.