Almaniyanın «Rheinmetall» silah konserninin rəhbəri Armin Papperqer bildirib ki, Ukraynanın Rusiyaya qalib gəlməsi üçün 600-800 tank lazımdır.
Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib – YENİ QADAĞALAR, TAM SİYAHI
FED.az xəbər verir ki, hazırda «Rheinmetall» şirkəti Ukraynada tank zavodunun tikintisi üçün danışıqlar aparır. Burada ildə 400 tank istehsal etmək mümkün olacaq.
Bir qədər əvvəl isə məlumat verilib ki, «Rheinmetall» şirkəti Ukraynaya göndərmək üçün İsveçrədən 100 ədəd Leopard 1tankaları almaq üçün danışıqlar aparır. Tanklar İsveçrənin aerokosmik və müdafiə sənayesində fəaliyyət göstərən «Ruag» şirkətindən alınacaq.
Bildirilər ki, İçsveçrə şirkəti bu tankları 2016-cı ildə İtaliyadan alıb. O vaxt onlar yararsız imiş, İsveçrə şirkəti bu tankları alıb təmir etmək niyyətində imiş. Amma indi bu tanklara tələbat yenidən yaranıb və onların Ukraynaya göndərilməsi baş tuta bilər. Amma hələlik İsveçrənin dövlət katibliyi bu əməliyyata veto qoyub.