Avropa İttifaqı Ukraynaya hücuma və başladığı müharibəyə görə Rusiyaya qarşı özünün 10-cu sanksiya paketini təsdiqləyib.
FED.az xəbər verir ki, indiyədək qəbul edilmiş 9 paketin demək olar ki, bütün mümkün olan qadağaları əhatə etdiyi güman edilsə də, yeni paketdə də Rusiyaya qarşı ciddi yeni qadağalar əksini tapıb.
Avropa İttifaqının yeni sanksiya paketi Rusiyaya müxtəlif təyinatlı malların ixracına, Rusiyadan bir sıra malların Avrorpaya idxalına qadağa qoyur, eləcə də, Rusiya KİV-lərinin fəaliyyətinin məhdudlaşdırılmasına, Rusiya vətəndaşı olan şəxslərin Avropada yüksək vəzifə tutmasına qadağa qoyur. Bundan başqa, yeni paketlə Rusiyada daha 120 fiziki və hüquqi şəxsə, o cümlədən Rusiyanın daha 3 bankına sanksiya tətbiq edilib.
Avropa İttifaqının və əlaqəli qurumlarının bununla bağlı yaydıqları açıqlamalara görə, Rusiyaya bu sanksiyalar hazırda Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə tətbiq edilir.
«Putin qış, aclıq və soyuqdan istifadəedərək qanunsuz aqressiyasını davam etdirir. Rusiya amansız raket terroru ilə öz qeyri-insanı sifətini göstərməkdədir. 10-cu sanksiya paketi də bu müharibədə mühüm rol oynayanlara qarşı yönəlib»-deyə Avropa İttifaqının açıqlamasında bildirilir.
Yeni sanksiyalar bank sektoruna, ikili təyinatlı yüksək texnologiyalara çıxışa və qabaqcıl texnologiyalara aiddir.
Budəfəki sanksiya paketinə daxil olan malların ümumi həcmi 11 milyard avrodur və bu siyahı Rusiya iqtisadiyyatını iqtisadi cəhətdən mühüm texnoloji və sənaye mallarından məhrum edir.
120 yeni sanksiyalı şəxs
Avropa İttifaqı budəfəki sanksiya siyahısına 120 fiziki və hüquqi şəxsi əlavə edib. Buraya Ukraynaya qarşı müharibəyə aidiyyatı olan və qərarlar qəbul edən yüksək dövlət rəsmiləri və hərbi rəhbərlər, eləcə də Ukraynanın Rusiya tərəfindən işğaledilmiş ərazilərindəki nümayəndələri daxildir.
Rusiyaya yeni ixrac qadağaları və məhdudiyyətlər
Yeni qərarla Rusiyanın hərbi gücünü artırmaqda istifadə oluna bilən ikili təyanatlı texnologiyaların Rusiyaya ixracı qadağan edilib. Bura Rusiya silah sistemlərində istifadə olunan qurğular – pilotsuz aparatlar, raketlər, vertolyotlar və sair nəqliyyat vasitələri, eləcə də istilik kameraları, elektrik generatorları, binokllar, kompaslar, radarlar aiddir.
Yeni qadağalara Rusiya ordusunda istifadə olunan texnikalar da əlavə edilib.
Buraya indiyədək qadağa edilməyən iri tonnajlı yük avtomobilləri (və ehtiyat hissələri), yarımqoşqular və xüsusi nəqliyyat vasitələri, məsələn qarda hərəkət üçün vasitələr aiddir.
Yeni sanksiya paketinə tikinti texnikası, o cümlədən qurulan körpülər, qüllə tipli və adi kranlar, yükləyicilər və antennalar da daxil edilib.
Yeni qararda Rusiyanın sənaye potensialının zəiflədilməsi üçün elektronika, maşın detalları, nasoslar, metalların emalı üçün avadanlıqlar, hazır sənaye müəssisələri, aviasiyada istifadə olunan turboreaktiv mühərriklər də qadağa siyahısına düşüb.
Paralel olaraq Avropanın Rusiya ərazisindən 3-cü ölkələrə ikili təyinatlı mallar ixrac etməsinə də qadağa qoyulub.
Yeni sanksiya paketi ümumilikdə Avropadan Rusiyaya ixrac edilə bilən 11 milyard avroluq malları əhatə edir. Hər halda 2021-ci ildə Həmni malların Avropadan Rusiyaya ixrac həcmi bu qədər idi. İndiyə qədər olan sanksiyalar isə 32,5 milyard avronu əhatə edirdi.
Nəticədə Avropa 10 sanksiya paketi ilə özünün Rusiyaya ixracının 49%-nə qadağa qoyub.
Rusiyadan Avropaya ixraca qadağalar
Yeni sanksiya pkeiti təkcə Rusiyaya göndərilən deyil, Rusiyadan alınan mallara da qadağaları əhatə edir.
Bura ənənəvi olaraq Rusiyaya böyük gəlirlər gətinən mallar, o cümlədən:
Bitum və ona yaxın materiallar, o cümlədən asfalt, sintetik kauçuk və texniki karbon aiddir.
Bu məhsullar Rusiyadan Avropaya satılan 1,3 milyard avroluq malları əhatə edir. İndiyədək isə əvvəlki sanksiyalarla birlikdə ümumilikdə Rusiyadan Avropaya 90 milyard avroluq mallara qadağa qoyulub. Bu isə Avropa İttifaqının Rusiyadan idxalının 58%-i idi.
İran da sanksiyaya daxil edildi
Bu dəfə sanksiyalar Rusiya silahlı qüvvələri üçün pilotsuz aparatlar istehal edən və İran rəsmi şəxslərinə və şirkətlərinə də aid olacaq. Siyahıya 7 İran şirkəti daxil edilib, onlar Rusiyaya pilotsuz aparatlar verməkdə ittiham edilirlər.
Bundan başqa, yeni sanksiya paketi Rusiyanın özəl hərbi şirkəti olan Vaqner şirkətini başqa ölkələrdə, o cümlədən mərkəzi Afrika Respublikası və Malidə dəstəkləyənləri də əhatə edir.
Bank sektoruna qadağalar
Avropa İttifaqının yeni sanksiyaları Rusiyanın daha 3 bankına aid olub. «Alfa-bank», «Tinkoff» onlayn bankı və «Rosbank ROSB.MM» sanksiyaya məruz qalıb, yeni qərara görə bu bankların xaricdəki aktivləri dondurulacaq, onlara vəsait ayrılmayacaq və SWIFT sistemindən ayrılır.
Rusiya vətəndaşlarını yüksək vəzifə tutmaq qadağan edilir
Avropa İttifaqının yeni sanksiyalarına görə, Rusiya vətəndaşları ittifaqda kritik infrastrukturlarda idarə heyətində təmsil oluna və yüksək vəzifə tuta bilməzlər. Eləcə də Rusiya şirkətlərinə Avropa İttifaqında qaz saxlama anbarları icarələmək qadağ edilir (sıxılmış qaz istisna olmaqla).
Sanksiya siyahısında Rusiyaya neft qadağasından yaynmağa kömək edən 3-cü ölkənin gəmiçilik şirkəti də yer alıb.
Məcburi xəbər vermələr qaydası
Avropa İttifaqının budəfəki sanksiyasına görə, birliyə daxil olan təşkilatlar Rusiya Mərkəzi Bankının aktivləri barədə, hansı ki, indiki qaydalara görə dondurulmalıdır, hökmən birlik rəhbərliyinə məlumat verməlidirlər.
Rusiyadan Avropaya bütün uçuşlar nəzarətə götürülür
Eləcə də bütün avisiya şirkətləri Rusiya və Avropa birliyi arasındakı təyyarə reysləri barədə İttifaqın müvafiq qurumlarına məlumat verməlidirlər.
Rusiya KİV-lərinə qadağa
Siyahıya informasiya mühitini dezinformiasiya ilə çirkləndirib Rusiya müharibəsi barədə səhv məlumat yayanlar da daxildir. Yeni sanksiya paketi ilə Rusiya hökumətinin faktiki nəzarətində olan 2 televiziya - RT Arabic və Sputnik Arabic lisenziyadan məhrum edilib.