Bu gün səhər saatlarında Ukraynanın Rovno şəhərinin hava limanına raket zərbəsi endirilib.
Eləcə də bax: Putinin Kiyevi ələ keçirmək planı məlum olub - YENİ HÖKUMƏT QURA BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Aleksandr Tretyak öz rəsmi feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, hava limanına yalnız bir raket atılıb və ciddi ziyan dəyməyib. O bildirib ki, hadisənin detallarını daha sonradan açıqlayacaq.
Bununla yanaşı, şahidlər aeroport tərəfdən gələn güclü partlayışlar barədə sosial şəbəkələrdə məlumat paylaşıblar.