Ukrayna xüsusi xidmət orqanları Putinin Kiyevi paraşütçülər tərəfindən ələ keçirmək planını aşkarlayıb.
FED.az Ukrayna mətbuatına itinadən xəbər verir ki, əsas məqsəd Ukrayna hökumətini ələ keçirməkdir.
-Məlumata görə, Rusiya Federasiyasının əməliyyat planına əsasən, 2 minə qədər xüsusi təyinatlının Kiyevdəki iki hava limanından birini ələ keçirməsi planlaşdırılır.
-Bundan sonra daha 10 000-ə qədər desant yüngül zirehli texnika ilə birlikdə İl-76 təyyarələri ilə paytaxta gələcək.
-Vəzifələrdən biri də Ukrayna hökumətini ələ keçirmək və şantaj yolu ilə onları Rusiyanın şərtləri ilə müqavilələr imzalamağa məcbur etməkdir.
-Hakimiyyətin evakuasiya etməyə vaxtı olsa belə, rusiyayönlü siyasi marionetlərdən biri bunu əvvəlki rəhbərliyin qaçması ilə əsaslandıraraq hökumətə başçılıq edəcək.
-Nəticədə Ukraynanı iki yerə bölmək olar - Qərbi və Şərqi Almaniya və ya Şimali və Cənubi Koreya təcrübəsində olduğu kimi.
Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki Kiyevə hücumlar davam edir.
“Kiyevə raketlər ilə zərbələr davam edir. İki güclü partlayış eşitdim”, – Geraşenko yazıb (Marja).