Rəsmi Kiyev Ukraynada bir milyon insanı səfərbər etmək istəyir.
Eləcə də bax: Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb.
“Ukraynanın müdafiə potensialının artırılmasını təmin edəcək proseslərə başlanılıb. Biz Rusiyaya müqavimət göstərəcək bir milyon insanı səfərbər etməyə fokuslanmışıq”, - deyə Reznikov bildirib.
“Strana.ua” nəşri qeyd edir ki, Ukrayna hakimiyyəti ilk dəfə olaraq orduya səfərbər etmək istədiyi vətəndaşların sayını açıqlayıb. (Marja)