Xerson vilayətinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi imkanının dəqiq hüquqi əsası olmalıdır.
Eləcə də bax: Ukraynanın işğal olunmuş ərazilərini – RUBLLA ÖDƏNİŞLƏRƏ KEÇİRİRLƏR
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Xerson vilayətinin sakinləri regionun Rusiya Federasiyasına daxil olması üçün müraciət edib-etməmək barədə özləri qərar verməlidirlər.
Qeyd edək ki, Ukraynanın Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov regionun Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət etmək niyyətində olduğunu açıqlayıb. (Apa)