Çoxsaylı itkilərə baxmayaraq, Rusiya Ordusu öz əsas məqsədindən - Kiyev üzərində nəzarəti əldə etməkdən vaz keçmir.
Eləcə də bax: Rusiya Müdafiə Nazirliyi: Kiyevin bütün sakinləri şəhəri sərbəst - Tərk Edə Bilər
FED.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Çoxsaylı itkilərə və hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi ələ keçirməkdən vaz keçmir. Şəhərin müdafiə qüvvələri tərəfindən düşmənə müqavimət göstərilir”, - açıqlamada deyilir.
Polesye, Xomutovka, Qluxov və Baturin istiqamətində hücumların qarşısının alındığı da əlavə olunub.
Ukrayna tərəfi Rusiya Ordusunun Nikolayev və Mariupol şəhərlərini ələ keçirmək cəhdlərindən də vaz keçmədiyini bildirib. (Apa)