FED.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Kiyevin mülki əhalisi Kiyev-Vasilkov magistral yolu ilə şəhəri sərbəst tərk edə bilərlər.
Eləcə də bax: Rusiya MN: Berdyansk və Enerqodar şəhərlərinə - Nəzarət Ələ Keçirilib
"Bu istiqamət açıq və təhlükəsizdir", o deyib.
Bazar günü Ukrayna paytaxtının meri Vitali Kliçko "Associated Press" agentliyinə bildirib ki, şəhərdən bütün çıxışlar bağlanıb, ərzaq və dərmanların çatdırılması üçün infrastruktur dağıdılıb. "Biz humanitar fəlakətin astanasındayıq", - o bildirmişdi.
Lakin daha sonra Vitali Kliçko, “cəfəngiyyata inanmamağa” çağırdığı videomüraciətini yayaraq Kiyevin mühasirəyə alınması ilə bağlı sözlərini dərc edən medianı informasiya müharibəsində iştirakda günahlandırmışdı.
Konaşenkov Rusiya ordusunun Ukrayna üzərində hava üstünlüyünü əldə etdiyini də açıqlayıb. Onun sözlərinə görə, əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynanın 1114 hərbi infrastruktur obyektini vurub.
Fevralın 24-dən etibarən Ukraynanın “demilitarizasiyası və deazifikasiyası” adı ilə Rusiyanın mühribəsi davam edir. (Marja)