Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində Kiyevin sülh danışıqlarına başlayacağı Rusiyaya əks şərtlər irəli sürüb.
Rusiya müharibənin bitməsi üçün şərtlərini açıqladı - SİYAHI
FED.az xəbər verir ki, Ukraynanın şərtləri arasında rus qoşunlarının Ukraynadan çıxarılması, “postsovet ölkələrinin suverenliyinin tanınması”, “hərbi cinayətkarların ekstradisiyası” və Rusiya ərazisində “bufer zona”nın yaradılması kimi şərtlər var.
Həmçinin rəsmi Kiyev Rusiyanın uzaqmənzilli raketlərinin sayını azaltmağa və Rusiyanın nüvə arsenalına nəzarət üzrə konfrans keçirməyə çağırıblar.
Bundan əlavə, Podolyak təzminat ödənişlərinin və Rusiyanın digər ölkələrdə dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə imtina etməsinin qanunla tənzimlənməsini tələb edir.
Xatırladaq ki, bu gün Rusiya Ukraynada müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bir müddət əvvəl bildirib ki, sülhə nail olmaq üçün şərtlərdən biri Ukraynanın dövlət suverenliyi haqqında bəyannamədə qeyd olunan neytral bloksuz statusuna qayıtmasıdır.