Rusiya tərəfi Ukraynaya qarşı apardığı müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb.
FED.az xəbər verir ki, bu şərtləri mayın 27-də Rusiyanın də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin mətbuata müsahibəsində bildirib.
O bildirib ki, Rusiyanın Ukraynada sülhə nail olmaq üçün yanaşmaları dəyişməzdir. Bunlara Donbass sakinlərinin müdafiəsi, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası, Rusiya Federasiyasının təhlükəsizliyinə ondan irəli gələn təhdidlərin aradan qaldırılması daxildir.
“Biz əminik ki, həll yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları və Qərb silahlarının tədarükü dayandırılacağı təqdirdə mümkündür. Hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna öz dövlət suverenliyi haqqında 1990-cı il bəyannaməsində qeyd olunan neytral, blokdan kənar statusa qayıtmalı, NATO və Aİ-yə qoşulmaqdan imtina etməlidir”.
Onun sözlərinə görə, Ukraynada müharibənin dayanması üçün
1) Ukrayna NATO və Avropa İttifaqına (Aİ) üzv olmaqdan imtina etməlidir.
2) Ukrayna öz dövlət suverenliyi haqqında 1990-cı il bəyannaməsində qeyd olunan neytral, blokdan kənar statusa qayıtmalıdır.
3) Kiyev insanların öz müqəddəratını təyinetmə hüququnun reallaşmasından sonra yaranmış yeni ərazi reallıqlarını tanımalıdır (yəni Rusiyanın işğal etdiyi əraziləri Rusiya ərazisi kimi tanımalıdır).
4) Rusdilli vətəndaşların və milli azlıqların hüquqlarının qanunvericilik səviyyəsində qorunması olmalıdır.
5) Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları dayandırmalıdır
6) Ukrayna Qərb silahlarının tədarükünü dayandırmalıdır.