Ukrayna ordusu Xerson vilayətinin şimalında Olgino kəndini azad edib.
Eləcə də bax: Zelenski Rusiya ilə danışıq aparmayacaq – Rəsmi Kiyev danışıq qrupunu ləğv etdi
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri daha 3 yaşayış məntəqəsini azad edib. Lakin bu ərazilər barədə məlumatı ilk olaraq Baş Qərargah açıqlamalıdır.
Arestoviç, həmçinin hesab edir ki, 3-4 həftədən sonra Xerson istiqamətində Rusiya üçün vəziyyət pisləşəcək.
Xatırladaq ki, Ukrayna ordusu Xerson vilayətinin Visokopolye qəsəbəsini, Donetsk vilayətinin Ozernoe kəndini də azad edib.