Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar apaoına Ukrayna nümayəndə heyətini ləğv edib.
FED.az xəbər verir ki, Ukrayna prezidenti sentyabrın 1-də imzaladığı fərmanla Donbas münaqişəsinin həlli üçün Rusiya ilə danışıq aparmaq üçün yaradılmış kontakt qrupu ləğv edib.
Bu barədə məlumat prezidentin rəsmi intetnet səhifəsində yerləşdirilib.
Zelenski bu dəfəki fərmanla Ukrayna tərəfdən danışıq aparan nümayəndə heyəti ilə bağlı 2020-2021-ci illərdə imzalanmış 6 fərmanı ləğv edib.