Xarkovun şimalında döyüşən Ukrayna hərbi bölməsi Rusiya ilə dövlət sərhədinə çatıb.
Eləcə də bax: Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, bu barədə hərbçilərin videomüraciətində bildirilib.
"Cənab Prezident! Biz bacardıq”, - hərbçilər müraciətdə qeyd ediblər.
Paylaşılan görüntülərdə hərbi bölmənin kiçik bir qrupunun sərhəd xəttinə mavi və sarı rənglərlə boyanmış sərhəd nişanı daşıdığı görünür.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin bugünkü məlumatında qeyd olunub ki, Xarkov ətrafında əsas səylərini mövqelərinin saxlanılmasına və Ukrayna qüvvələrinin hücumlarının qarşısının alınmasına yönəldib. (Apa)