Prezident Vladimri Zelenskinin administrasiyası Ukraynanın əks-hücuma başladığını təsdiqləyib.
FED.az xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “Rai” telekanalına müsahibəsində bildirib.
Rusiya Ukraynanın Baxmut şəhərini ələ keçirdi –ZELENSKİ TƏSDİQLƏDİ
O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gündür ki, davam edir.
"Artıq bir neçə gündür əks-hücum gedir, sərhədin 1500 kilometrliyində gərgin müharibə gedir, hücumlar artıq başlayıb", - Podolyak bildirib.
Podolyak Ukraynanın Rusiya ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin Krımı və Donbası azad etmək üçün Rusiya ordusuna qarşı bu silahlardan istifadə ediləcəyini vurğulayıb.
"Biz Rusiya ərazisini vurmaq istəmirik, sizin verdiyiniz silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, həmçinin Donbas və Krımdakı Rusiya mövqelərini məhv etmək üçün istifadə edəcəyik", - Podolyak deyib.
“Vaqner” bölmələrini Baxmutdan çıxarmağa başlayıb
“Vaqner” muzdlu qrupu öz bölmələrini Baxmutdan çıxarmağa başlayıb, Priqojin Baxmutun ələ keçirilən hissəsini Rusiya qüvvələrinə təhvil verib iyunun 1-dək rayondan tam çəkiləcəyini əlavə edib.
Bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin Telegram kanalında paylaşılan videoda bildirib.
Görüntülərdə Priqojin döyüşçülərinə istirahət edərək növbəti tapşırıqlara hazırlaşacaqlarını deyir.
Qeyd edək ki, Yevgeni Priqojin ötən gün müsahibəsində Baxmutda 10 mini keçmiş məhbus olmaqla ümumilikdə 20 min döyüşçü itirdiyini açıqlayıb. (Marja)