Türkiyədə xaricdən gətirilən telefonların qeydiyyatı növbəti dəfə bahalaşıb.
FED.az xəbər verir ki, Türkiyədə yay aylarında 1500 lirə olan xaricdən gətirilən telefonlalın IMEI qeydiyyatı 1838 lirə olub. İndiki məzənnə ilə bu 310 dollar deməkdir.
Eləcə də bax: Türkiyədə daha bir – SUPERLAYİHƏ BAŞLAYIR – İKİ DƏNİZİ BİRLƏŞDİRƏCƏK
Türkiyədə xaricdən gətirilən telefonlar üçün İMEI qeydiyyatı artıq 2 ildir ki, tədricən bahalaşır. Bu məbləğ 8 noyabr 2018-ci ildə 170,7 lirədən 500 lirəyə, 1 yanvar 2019-da 618,6 lirəyə, sonra isə 1500 lirəyə qalxıb. Yeni ildən IMEI qeydiyyat qiyməti 1838 lirə olacaq.
Müqayisə üçün bildirək ki, Azərbaycanda xaricdən gətirilən telefonların İMEİ qeydiyyatı üçün rüsum onların bazar qiymətindən asılı olaraq dəyişir və ən yüksək qiymət (1001 dollardan yuxarı olan telefonlar üçün) 150 manatdır.