Türkiyə hökuməti artıq bir neçə ildir ki, müzakirə edilən yeni layihəyə – İstanbul üzərindən keçən İstanbul kanal layihəsinin reallaşdırmağa hazırlaşır.
FED.az xəbər verir ki, yaxın həftələrdə Türkiyə İstanbul kanalının tikintisi üçün tender elan edəcək və layihənin reallaşdırılmasına başlanılacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Eləcə də bax: Türkiyə hava limanı dünyanın - ƏN YAXŞISI OLDU
Qara dənizi və Mərmərə dənizlərini bir-birinə bağlayacaq “Kanal İstanbul” layihəsi hazırda Türkiyə botazları üçün yeni alternativ olacaq və boğazdakı sıxlığı aradan qaldıracaq. R.T.Ərdoğan deyib ki, Panama, Süveyş kanalı kimi Türkiyə də dəniz ticarəti üçün İstanbul kanalını tikəcək və bunun nəticəsində boğazlar gəmilər və tankerlərin qəzaya uğraması nətəcəsində ekoloji fəlakətlə üzləşməyəcək.
Nəqliyyat və İnfrastruktur nazirliyinin məlumatına görə, 75 milyard lirəyə və ya 12,7 milyard dollara başa gələcək layihə 7 ilə tamamlanacaq.
Eləcə də bax: Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ
Layihəyə əsasən 45 kilometrlik yeni kanal İstanbulun Küçükçekmece, Avcılar, Arnavutköy və Başakşehir ərazilərindən keçəcək. Kanalın dərinliyi 20,75 metr olacaq və təkcə qazma işləri 4 il çəkəcək. Hər il 275 milyon kubmetr qazıntı işləri aparılacaq, ümumilikdə 1 milyard 155 milyon kubmetr torpaq çıxarılacaq. Layihə üzərində aparılan araşdırmalardan sonra qərara alınıb ki, kanal İstanbul bir tərəfli işləyəcək.
Layihəyə əsasən burada təcili açılıb bağlanma qurğuları, giriş və çıxış qurğuları, liman, lojistik mərkəz və sair kimi infrastruktur elementləri yaradılacaq.
Kanal İstanbul Projesi ilə paralel olaraq yeni layihələr də reallaşacaq. Bunlar Mərmərə və Qara Dəniz konteyner limanları və başqalarıdır. Layihənin reallaşmasına 8-10 min nəfər cəlb ediləcək, fəaliyyəti zamanı isə burada 500-800 nəfərin çalışacağı gözlənilir.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən isə bildirilib ki, «Kanal İstanbul» layihəsinin həyata keçirilməsi məqsədilə 2011-2019-cu illər arasında ölkənin 200-ə yaxın mütəxəssisi 33 elmi sahə üzrə araşdırma aparıb.
Məlumatda qeyd edilir ki, aparılan araşdırmalar zamanı ölkənin 97 müxtəlif bölgəsində ölçü, 304 nöqtəsində isə 17 min metr dərinliyədək qazma işləri görülüb. Bundan əlavə, layihənin hazırlıq işləri zamanı zəlzələ analizi, şəhər-regional planlaşdırma, iqtisadiyyat, mədəni irs, ekologiya, yol hərəkəti idarəçiliyi olmaqla, müxtəlif sahələrdə əhatəli tədqiqatlar aparılıb. Araşdırma işlərinə Türkiyənin Boğaziçi, Orta Doğu Texnik, İstanbul Texnik, Gazi, Başkent, Atılım, Çankırı Karatekin universitetlərindən 200-ə yaxın mütəxəssis cəlb olunub.
Amma hətta İstanbulun özündə Kanal İstanbul layihəsinə münasibət birmənalı deyil. Ərdoğan bu layihəni xəyalım adlandırsa da, İstanbul bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu layihəni cinayət sayır. Layihənin əleyhdarları onun bölgədə ekoloji mühitə böyük zərbə vuracağını bildirirlər.