Türkiyədə yenidən açılan “mall”lara gələnlərin sayı 1 milyon 226 min nəfərə çatıb.
Eləcə də bax: Türkiyə iqtisadiyyatının üzləşdiyi - 5 BÖYÜK RİSK
FED.az xəbər verir ki, Ticarət Mərkəzləri və İnvestorlar Dərnəyi sədri Hüseyin Altaş verdiyi açıqlamasında “Normal vaxtlarda ticarət mərkəzlərinə 6,5 milyon giriş gəldiyi halda, hazırda bu göstərici 1 milyon 226 min giriş olub.” deyib.
Hüseyin Altaş həmçinin bildirib ki, 1 milyon 226 min nəfərin 40%-i İstanbul və Ankaranın payına düşüb.