Hazırkı dövrdə Türkiyə iqtisadiyyatının daşıdığı əsas risklər açıqlanıb.
FED.az xəbər verir ki, “Reuters”də Marc Jones imzasıyla nəşr olunan analizdə bütün dünyada olduğu kimi, Türkiyə iqtisadiyyatının durumu və ölkəyə təsir edən risklər təhlil olunub. Təhlilə görə Türkiyə iqtisadiyyatının yaşadığı problemlərə valyuta ehtiyatlarının vəziyyəti, makro iqtisadiyyat problemləri, faizlər, kreditlərdəki vəziyyət və siyasi məsələlərdir.
Eləcə də bax: Türkiyə holdinqi Almatı Beynəlxalq Hava Limanında - 100 FAİZ PAYA SAHİB OLUB
Corona virüsü derin resesyona neden olurken, Merkez Bankası’nın (TCMB) son aylarda elindeki döviz rezervlerinin yaklaşık dörtte birini tükettiğini öngören analistlerin kafasında yüksek dolar cinsinden borçlarla TCMB’nin politika tepkisinin ne olduğuna dair soru işaretleri bulunuyor. İşte analizde yer alan riskler…
Koronavirusun ölkədə dərin tənəzzülə səbəb olduğu bir vaxtda, analitiklər Türkiyənin Mərkəzi Bankının (TCMB) son aylarda valyuta ehtiyatlarının dörddə birini istifadə etdiyini bildirirlər. İndi ekspertləri Mərkəzi Bankın dollarda olan böyük borcları və borclarla bağlı siyasətinin necə olacağı maraqlandırır
1) Ehtiyatların vəziyyəti
TCMB-nin xalis beynəlxalq ehtiyatları bu il 40 milyard dollardan təqribən 25 milyard dollara enib. Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyənin lazım olduğundan çox valyuta ehtiyatı olduğunu söyləyərək, sərmayələrə nəzarət kimi planlarının olmadığını bildirib. idarələri gətirilməsi kimi bir planları olmadığını ifadə edib. Amma Albayrakın açıqlamaları investorların narahatlıqlarını azalda bilməyib.
Bəzi analitiklər düşünür ki, hazırkı vəziyyət davam etsə, Mərkəzi Bankın ehtiyatları aylar ərzində tükənə bilər. Çoxları vəziyyətin bu qədər ağırlaşmasına imkan verilməyəcəyini güman edir. Dünən açıqlanan məlumatlara görə, ehtiyatlar mart ayından bəri ilk dəfə artıb.
Qeyd edək ki, TCMB-nin xalis beynəlxalq ehtiyatları ardıcıl dörd həftəlik azalmadan sonra 1 may tarixində 28 milyard dollara yüksəlib.
2) Makro iqtisadi problem
Türkiyə iki ildən qısa bir müddət içində ikinci tənəzzülünü yaşayacaq kimi görünür. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, koronavirusun təsiri səbəbindən Türkiyə iqtisadiyyatının 5% azalması gözlənilir.
Kredit reytinq agentliyi “S&P Global” büdcə kəsirinin bu il ÜDM-in 5% -i ilə rekord səviyyəyə çatacağını və bu il turizm sahəsində böyük zərər olacağını proqnozlaşdırıb.
Bununla yanaşı, dünyada Türkiyənin xeyrinə dəyişikliklər də var. Məsələn, neftin qiymətlərindəki ucuzlaşma enerji idxalçısı olan Türkiyəyə faydalıdır və ona kömək ola bilər. Ancaq, lirənin də ucuzlaşması neftin qiymətinin ucuzlaşmasından gözlənilən faydaları azaldır.
3) Aşağı faizlər
Türkiyənin Mərkəzi Bankı faiz dərəcələrini təxminən 1 ildir ki, azaldır. Ancaq faiz dərəcələri o qədər tez düşüb ki, mövcud inflyasiyanın altında qalıb. Bu səbəbdən, investorlar lirənin aktivlərinin yaratdığı riskləri nəzərə alaraq kifayət qədər yüksək gəlir əldə edəcəkləri barədə tərəddüd edirlər.
4) Kredit qaytarma çətinliyi
“S&P Global”ın çərşənbə günü açıqladığı təxminlərə görə, Türkiyə iqtisadiyyatının qarşıdakı 12 ay içində 168 milyard dollara yaxın, yəni ÜDM-nin təxminən 24%-i qədər borc qaytarmalıdır.
Üstəlik, belə vəziyyətdə lirənin qiymətinin tarixində ən aşağı səviyyəyə düşməsi nəticəsində dövlətin və şirkətlərin dollar borclarının qaytarılmasını daha da baha başa gələcək.
Türkiyənin 168 milyard dollar qısa müddətli xarici borca qarşılıq yalnız 85 milyard dollar ümumi valyuta ehtiyatına sahib olması nəticəsində indi ölkənin borc qaytarma qabiliyyəti (coverage ratio) 50% ilə inkişaf etməkdə olan ölkələr arasında ən aşağı gösnisbətlərdən biridir.
5) Siyasi məsələlər
İqtisadi məsələlər bir yana, Türkiyədə bir çox siyasi məsələlər, pul və maliyyə siyasəti ilə bağlı problem investorlarda narahatlığı artırır.
Bunlara Ankaranın Rusiya istehsalı S-400 raket sistemini əldə etməsi, ABŞ münasibətlərindəki gərginlik, Suriyadakı müharibə, Avropa ölkələri ilə immiqrasiya problemi və Avropa ölkələri və Kipr adası yaxınlığında neft və qaz kəşfiyyatı haqqındakı gərginlik daxildir.
Bu beynəlxalq məsələlərdən başqa, ölkənin siyasi rəhbərliyinin faiz dərəcələrini azaltmaq və lirə üzərində daha çox nəzarəti etmək kimi məsələlərə qarışması da var və bu da investorları narahat edir.
İnvestorlara ümid verən məqamlardan biri Türkiyə ilə ABŞ mgrkgzi Bankı – FED arasında dollar “swap” xətti qurulması ehtimalı idi. Amma FED-in səlahiyyətlilərindən birinin açıqlayıb ki, «swap xətləri «qarşılıqlı inam» əlaqəsi olan ölkələrlə qurulacaq». Bu açıqlama investorların narahatlığını artırıb.