Türkiyədə dünən xarici ölkələrin nümayəndəliklərində xarici seçicilər siyahısında qeydə alınmış şəxslərin səsvermə prosesi başa çatıb.
FED.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) məlumatına görə, mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu üçün xarici ölkələrdəki seçici siyahılarında qeydə alınan seçicilərin sayı 1 895 430 nəfərə çatıb.
1 783 107 səs yalnız xarici nümayəndəliklərdə verilib.
Gömrük-keçid məntəqələrində səsvermə 28 may bazar günü saat 17:00-a qədər davam edəcək. (Oxu.az)