Türkiyədə prezident və parlament seçkilərində Fransada səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğana dəstək verib.
FED.az xəbər veri ki, keçirilmiş seçkilərdə seçicilərin 61 faizi Rəcəb Tayyib Ərdoğana, 37,5 faizi Kamal Kılıçdaroğluna səs verib.
Digər namizədlərdən Sinan Oğan 1,1 %, Muharrem İncə isə 0,5 % səs toplayıb.
Xatırladaq ki, Fransada türkiyəli ümumi seçicilərin sayı 399 365 nəfərdir ki, onlardan da 63 737 nəfəri səsvermədə iştirak edib.