Türkiyənin "Toprak Mahsulleri Ofisi" (TMO) 2024/2025 mövsümü üçün qabıqlı fındıq alış qiymətlərini açıqlayıb.
FED.az xəbər verir ki, qiymətlər Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin sosial media hesablarında açıqlanıb.
Levant keyfiyyətli fındığın kiloqramının qiyməti 130 TL (cari məzənnə ilə 6,656 manat), Giresun keyfiyyətli fındığın kiloqramının qiyməti isə 132 TL (cari məzənnə ilə 6,7584 manat ) müəyyən olunub.
İstehsalçıların fındıq qiyməti gözləntisi ən az 150 TL (7,68 manat) idi.
Ötən il 82,5 TL olaraq açıqlanan Levant keyfiyyətli fındığın alış qiyməti 57%, ötən il 80 TL olaraq açıqlanan Giresun keyfiyyətli fındığın alış qiyməti isə 57,6 artırılıb.
Nazirliyin rəsmi saytında verlən açıqlamada, “Nazirliyimizin istehsalçılara göstərdiyi dəstəklər (dizel yanacağı, gübrə yanacağı və s.) nəzərə alındıqda Levant keyfiyyətinin orta qiyməti 133 TL/kq, Giresun keyfiyyətinin orta qiyməti 135 TL/kq olacaq", - deyilir.
Türkiyə dünyada ən çox fındıq istehsal edən ölkədir. Fındıq şokolad sənayesi daxil bir sıra sektor üçün xammal maddələrindən biriridir (Marja).