2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 51 milyon 900 min dollar dəyərində 8 min 425 ton fındıq ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon 719 min dollar və ya 14%, miqdar ifadəsilə 3 min 804 ton və ya 31% azalıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 60 milyon 619 min dollar dəyərində 12 min 229 ton fındıq ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 10,47 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,43 manat idi. Bu da illik müqayisə ilə 2,05 manat və ya 24,3% artım deməkdir.
Bu il ümumi ixracının 0,40%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,25%-i fındığın payına düşüb.