Keçmiş ABŞ prezidenti Donald Trampın administrasiyasında çalışan işçilər indi işə qəbul problemi ilə üzləşiblər.
Eləcə də bax: Tramp okean sahilindəki malikanəsini - 49 Milyon Dollara Satır
FED.az xəbər verir ki, bu barədə «Washington Post» HR mütəxəssislərə istinadən bildirib.
Mütəxəssislərin fikrincə, şirkətlərin Trampın işçilərindən imtina etməsinin səbəbi, prezidentin müddətininin sonunda reytinqinin aşağı düşməsi, eləcə də ona iki dəfə impiçment elan edilməsidir.
«Şirkətlərin direktorlar şurası özlərinə əlavə problem yaratmaq istəmirlər»-deyə mənbələrdən biri bildirib. Digər ekspertlər bildirib ki, hazırda şirkətlər ABŞ-ın Demokratik Partiyasının - hansı ki, indi hakimiyyətdədir – rəğbətini qazanmaq istəyirlər. İndi demokratlar həm Ağ Evə, həm də konqresin hər iki palatasına nəzarət edirlər. Bu isə respublikaçılara, o cümlədən Trampın keçmiş işçilərinə tələbatı azaldır. Hərçənd bir qədər əvvəl Tramp elan etmişdi ki, 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcək.