ABŞ-ın keçmiş prezidenti Donald Trampın adına qeydiyyatdan keçmiş şirkət Florida ştatında okean sahilində 49 milyon dollar dəyərində olan malikanəni satışa çıxarıb.
FED.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Ev Palm Biç kurort şəhərində yerləşir. Mülk Trampın indi yaşadığı Mar-a-Laqo iqamətgahının yaxınlığında yerləşir. Malikanənin gələcək sahibinin keçmiş prezidentin qolf klubuna tam üzvlük alacağı da qeyd olunur.
İkimərtəbəli malikanə təxminən 3 185 kvadratmetr sahəyə malikdir, orada səkkiz yataq otağı, doqquz hamam otağı, kitabxana, qonaq otağı, şüşəli teras var. Bina 1956-cı ildə tikilsə də, sonradan orada müasir üslubda təmir işləri aparılıb.
Evin əsas xüsusiyyəti okeana və boş çimərliyə açılan panoramik terrasın olmasıdır. (Report)