Ötən gün ABŞ Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefonla danışmışdılar.
FED.az xəbər verir ki, iki liderin danışığına dair Ağ Evdən verilən açıqlamada deyilir:
Eləcə də bax: «Türkiyə iqtisadiyyatını məhv edərəm və yox edərəm» - TRAMP TÜRKİYƏNİ HƏDƏLƏDİ
"Türkiyə, yaxın zamanda Suriyanın şimalına uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək ya da bu əməliyyata daxil olmayacaq".
"Artıq əsgərlərimizi evə geri gətirməyin zamanıdır"
Tramp da "Twitter"dən etdiyi açıqlamasında, "Kürdlər bizimlə birgə döyüşdü, ancaq bunu etmələri üçün onlara çox pul ödəndi və təchizat verildi. Kürdlər illərdir Türkiyəyə qarşı döyüşürlər. Bu döyüşə 3 il boyunca mane olmağa çalışdım, ancaq bizim üçün bu axmaq, çoxu tayfa qaynaqlı, sonusuz döyüşlərdən uzaqlaşmağımızın və əsgərlərimizi evə geri gətirməyin artıq zamanıdır" , -bildirib.
"Orada döyüşmürük, polislik edirik"
Donald Tramp, yüksək vəzifəli hərbi rəsmilərlə Ağ Evdə keçirdiyi görüşdən əvvəl jurnalistlərə Suriya qərarına dair açıqlama da verib.
Tramp, "İnsanlarımızı evlərinə geri gətirməliyik. Orada döyüşmürük, polislik edirik" ifadəsini istifadə edib.
Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığına dair, "Ərdoğana, (Suriyada) hər kəsə hörmətlə davranacağını ümid etdiyimi söylədim", - ifadəsini istifadə edib.
Marja