Tramp ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən bir neçə saat əvvəl vida nitqi söyləyib.
Eləcə də bax: Amerika bankı Trampın 5.3 milyon dollarlıq - Hesablarını Bağlayıb
FED.az xəbər verir ki, Tramp vida nitqində "Bu həftə yeni bir rəhbərlik and içəcək və onlara Amerikanın təhlükəsizliyini və rifahını qorumaqda uğurlar diləyirik" deyib. Xatırladaq ki, indiyədək Donald Tramp prezident seçkilərinin saxtalaşdırıldığını bildirirdi və indi də bu fikirdə qalır.
6 yanvarda Konqresin binasına basqına toxunan Tramp, "Bütün amerikalılar Konqresimizə edilən hücumdan dəhşətə gəldilər. Siyasi zorakılıq, Amerika xalqı olaraq dəyər verdiyimiz hər şeyə qarşı bir hücumdur. Buna heç vaxt dözmək olmaz» deyə bildirib.
Bu gün vəzifəsini tərk edəcək prezident bildirib ki, «siyasi kinimizi nəzərə almadan, ortaq dəyərlərimiz ətrafında toplanmalı və ortaq taleyimizi yaratmalıyıq».
4 il əvvəlki seçkilərdə qalib gəldiyini və daha əvvəl siyasətdə olmayan biri kimi Vaşinqtona gəldiyini xatırladan Tramp, «əvvəlki həyatımı geridə qoyub çox çətin bir arenaya qədəm qoydum. Bununla birlikdə, düzgün idarə olunarsa, bu arenanın çox potensialı var» deyib.
«Mən heç vaxt ən asan yolla getməmişəm»
ABŞ-ın Kovid-19 prosesində yaxşı bir iş gördüyünü dilə gətirən Trump, bu sahədəki işləri «tibbi möcüzə» adlandırıb. ABŞ-ın bir prezident kimi maraqlarının hər zaman onun üçün prioritet olduğunu söyləyən Tramp, «Bu günə qədər heç vaxt ən asan yolla getməmişəm, əslində bu ən çətin yol idi. Ən az tənqid olunacağımız yolları seçmədim. Çox sərt müharibələr apardım, çox çətin seçimlər etdim. Çünki insanlar məni buna görə seçmişdilər» deyib.
İfadə azadlığının da ölkənin təməl daşlarından biri olduğunu vurğulayan Tramp, "Kim olduğumuzu və buraya necə gəldiyimizi unutsaq, o zaman yalnız siyasi senzuraya və insanları qara siyahıya salmağa icazə verə bilərik. Bunu ağla belə gətirmək olmaz. Əsas dəyərlərimizə və ənənələrimizə ziddir»deyib.
«Orta Şərqin yeni şəfəqi»
4 illik səlahiyyət müddətində «ABŞ-ın maraqlarına xidmət etməyən birtərəfli qlobal razılaşmalardan» çəkildiyini söyləyən Tramp, bildirib ki, «İndi, NATO ölkələri bir neçə il əvvəllə müqayisədə yüz milyardlarla dollar daha çox vəsait ödəyirlər. Əvvəl isə bütün xərcləri biz ödəyirdik, ədalətsizlik var idi».
Tramp İran generalları Daeşi və Qasım Süleymaninin öldürüldüyünü xatırladaraq bildirib ki, «Cəsarətli diplomatiyamız və prinsipial realizmimiz nəticəsində Orta Şərqdə bir çox tarixi sülh razılaşması əldə etdik. Bu yeni Orta Şərqin şəfəqidir».
«Müharibə başlamayan ilk prezidentəm»
«Xüsusilə onilliklər ərzində yeni bir müharibə başlatmayan ilk ABŞ prezidenti olduğum üçün qürur duyuram» deyən Tramp Yaxın Şərqdəki ABŞ əsgərlərinin də evlərinə gətirildiyini vurğuladı.
Çərşənbə günü idarəni Baydenə təhvil verəcəklərini xatırladan Tramp, «Başladığımız hərəkatın yalnız başlanğıc olduğunu bilməyinizi istəyirəm» dedi.