Nyu-Yorkda yerləşən “Signature Bank” bankı ABŞ prezidenti Donald Trampın 5.3 milyon dollarlıq iki şəxsi hesabını bağlayıb.
Eləcə də bax: Almaniya bankından Trampla bağlı - Qərar
FED.az Banker.az-a istinadən xəbər verir ki, bank ABŞ Konqresinin binasına basqın edilməsi fonunda Amerika liderini erkən istefaya çağırıb. Qeyd edək ki, Trampın səlahiyyət müddəti 20 yanvarda başa çatır.
“Biz ABŞ prezidentinə vəzifəsindən istefa verməyi tövsiyə edirik. Bu, ölkəmizin və bütün amerikalıların maraqlarına cavab verərdi”, – deyə bankın açıqlamasında bildirilir.
Almaniyanın “Deutsche Bankı” da Donald Tramp və “Trump Organization” şirkəti ilə əməkdaşlıq etmədən imtina edib. Bu bankda ABŞ liderinin 2023 və 2024-cü illərdə ödəməli olduğu 300 milyon dollarlıq üç borcu var.
Xatırladaq ki, daha əvvəl “Twitter” həmişəlik olaraq Trampın hesabını bağlamaq qərarına gəlib. Şirkət bu addımını Kapitoliya binasındakı baş verən hadisələrin Trampın təhriki ilə baş verməsi ilə izah edir.