ABŞ-ın hazırkı prezidenti Donald Tramp seçkilərdə məğlub olmasında iri əczaçılıq və texnologiya şirkətlərini, eləcə də KİV-ləri günahlandırıb.
Eləcə də bax: Bayden prezident seçkilərində - QALİB GƏLDİ
FED.az xəbər verir ki, D.Tramp bütün bunlara baxmayaraq seçkilərdə qalib gəldiyini iddia edib.
O bildirib ki, iri əczaçılıq şirkətləri seçki ərəfəsində ona qarşı iri kampaniya işə salıblar:
"Onlar mənim uduzmağımı istəyirdilər, amma mən qalib gəlmişəm. Bizə qarşı iri əczaçılıq şirkətləri işəyib. Texnologiya şirkətləri və KİV-lər də bizə qarşı olub".
D.Tramp, həmçinin "BioNTech" və "Pfizer" şirkətlərini koronavirus vaksininin uğurları barədə gec məlumat verməkdə və bununla da qələbə şansını azaltmaqda ittiham edib. (Trend)