ABŞ-da keçirilən prezident seçkilərində demokratların prezidenti Cozef Bayden qalib gəldi.
Eləcə də bax: Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİRDİ? – MÜQAYİSƏ
FED.az xəbər verir ki, bu Pensivanbiya ştatında səslərin sayılmasından sonra məlum olub.
Belə ki, ştatda qalib gələn Bayden qalib gəlmək üçün tələb olunan 270 səsə qarşı 284 səs toplayıb.
Onun rəqibi Tramp isə cəmi 214 səs toplaya bilib.
Bununla yanaşı, Trampın seçki nəticələrini mübahisələndirəcəyi və məhkəmədə iddia qaldıracağı şübhəsizdir.