“İranın heç vaxt nüvə silahı olmayacaq”.
FED.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Eləcə də bax: İraqı sanksiya ilə hədələdi: «PULUMUZU VERMƏSƏLƏR, ÖLKƏDƏN ÇIXAN DEYİLİK»
Yaxın Şərqdə vəziyyət İranın Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülməsindən sonra pisləşib. İran ABŞ-a cavab verəcəyini, Birləşmiş Ştatlar isə qarşı tərəfi müharibə ilə hədələyib.