ABŞ prezidenti Donald Tramp İraqı Bağdad tərəfindən "düşmənçilik olacağı təqdirdə" sanksiyalarla hədələyib. FED.az xəbər verir ki, bu barədə ABŞ lideri İraq parlamentinin ölkədən xarici qoşunların çıxarılması haqqında qərarını şərh edərkən bildirib.
Eləcə də bax: İraq ABŞ qoşunlarını ölkədən çıxarır - QƏRAR VERİLDİ
ABŞ Prezidenti Donald Tramp «Ölkədən çıxmamızı istəyərlərsə və bunu dostca etməzlərsə onlara daha əvvəl heç görmədikləri ağır sanksiyalar tətbiq edərik. İran sanksiyaları bunların yanında yüngül qalar» deyib.
Floridadan dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandıran Tram ümumiyyətlə ABŞ-ın Yaxın Şərqdəki əvvəlki fəaliyyətinin səhv olduğunu bildirib.
FED.az "Marja"ya istinadən xəbər verir ki, ABŞ-ın ən başda İraqa girməsinə qarşı çıxdığını deyən Tramp, İraqa girmənin böyük səhv olduğunu və İraqın 11 Sentyabr hücumları ilə əlaqəli olmadığının isbat edildiyini vurğulayıb.
İraq ilə bərabər bir çox bölgədən çıxmağa çalışdıqlarını qeyd edən Tramp, "Suriyadan çəkildim çünki o sərhədi (Türkiyə-Suriya) qorumayacağam. Niyə o sərhədi mən qoruyum? Əsgərləri var qorusunlar. O sərhəddəki qarşıdurma min ildir davam edir. Oraya indi etibarlı bölgə deyirik, amma əslində etibarlı bölgənin əksi var orada. Orada çox insan öldü. Türkiyədən çox insan öldü" deyib.
ABŞ-ın İraqdan çıxmasına dair sualları cavablandıran Tramp əlavə edib ki, rəsmi Bağdad Amerika aviabazası üçün çəkilən xərci Vaşinqtona ödəməyincə, ABŞ qoşunları İraqdan çıxmayacaq, "Orada nəhəng ölçüdə bahalı bir baza tikmişik. Milyardlarla dollara başa gəlib. Məndən çox əvvəl tikilib. Xərclərimiz üçün geri ödəmə etmədikləri müddətcə İraqdan çıxmayacağıq", - ifadəsini istifadə edib.
İraq rəhbərliyini təhdid edən Tramp, «Ölkədən çıxmamızı istəyərlərsə və bunu dostca etməzlərsə onlara daha əvvəl heç görmədikləri ağır sanksiyaları tətbiq edərik. İran sanksiyaları bunların yanında yüngül qalar. Əgər hansısa bir düşmənçilik olsa, əgər onlar bizə qəbuledilməz görünəcək nəyisə etsələr, İraqa qarşı sanksiyalar tətbiq edəcəyik, çox əhəmiyyətli sanksiyalar», - Tramp deyib.