İranda uranın zənginləşdirilməsi baş verməyəcək.
Tramp İranla iki həftəlik atəşkəs elan etdi – HÖRMÜZ BOĞAZI AÇILDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“ABŞ İranla yaxından işləyəcək. Hansı ki, bizim fikrimizcə, orada çox məhsuldar rejim dəyişikliyi verib. Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək dərin basdırılmış nüvə tozlarını çıxarıb ləğv edəcək. O, çox dəqiq peyk nəzarətində olub və indi də belədir. Hücumun baş verdiyi tarixdən bəri heç nəyə toxunulmayıb.
Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini danışırıq və danışacağıq. 15 maddənin çoxu barəsində razılıq əldə olunub”, - Tramp qeyd edib. (Apa)













