ABŞ prezidenti Donald Trump “Ölkədə yeni növ koronavirus (COVİD-19) tədbirlərinin yumuşaldılması zamanı itkilərin ola biləcəyini söyləyib, ancaq iqtisadiyyat açmalıdır” deyib.
Eləcə də bax: Tramp: «Virusu Çin yaradıb, amma qəsdən yaratmayıb»
FED.az xəbər verir ki, Tramp bunu koronavirus dövründə Arizonaya ilk səfəri zamanı “ABC News”a xüsusi müsahibəsində deyib.
Tramp müsahibəsində ölkədəki bəzi əyalətlərdə karantin tədbirlərini yumuşaldılacğını deyib.
COVİD-19 tədbirləri üçün işlərini itirən insanların psixoloji problemlərlə üzləşdiklərinə diqqət çəkən Tramp "Ölkədə onlara bir baxın. İnsanlar həddindən artıq dozadan və ya intihar etməkdən ölürlər. İnsanları işlərinə qaytarmalıyıq və tədbirləri yumşaltmaqla bunu edirik." deyib.
"Peyvənd olsa da olmasa da virus yox olacaq və normal vəziyyətə qayıdacağıq"
Tramp ABŞ mütəxəssislərinin koronavirusa qarşı təsirli bir müalicə və ya peyvənd tapana qədər virusun böyük bir təhdid olacağına dair açıqlamalarını rədd edərək “Virus bitənə qədər ölkədə daha çox insan öləcək. Virus yox olacaq və normal vəziyyətə qayıdacağıq. Ancaq bu çətin bir proses olacaq." bildirib.
Tramp Johns Hopkins Universitetinin "tədbirlər azaldılsa ölkədə gündəlik ölüm rəqəmləri 3 minə çatacaq", Vaşinqton Universitetinin "Avqusta qədər ABŞ-dakı ölü sayı 135 minə çata bilər" proqnozları haqqında verilən suala bu qiymətləndirmələrin ölkədə heç bir tədbir olmadığı vəziyyətə uyğun edildiyini bildirib.