ABŞ prezidenti Donald Tramp koronavirusun Çin tərəfindən yaradıldığı barədə bəyanatına korrektə edib.
FED.az-ın məlumatına görə, prezident Çini koronavirusun (Covid-19) qlobal bir epidemiyaya çevrilməsində günahlandırıb, lakin bildirib ki, Çin bunu qəsdən eləməyib.
Eləcə də bax: Tramp: "Koronavirus süni şəkildə yaradılıb"
Ağ Evdəki Oval Kabinetdə «New York Post»a verdiyi xüsusi müsahibədə Trump Kovid-19 püskürməsini və ABŞ-ın xarici siyasəti barədə danışıb. Prezident deyib ki, «Biz kəşfiyyat hesabatlarından Çində pis hadisələrin baş verdiyini başa düşürük. Gəlin düzünü deyək, Çin bunu (virusu) qəsdən yaratmadı, ancaq virus dünyaya onlardan yayıldı».
"Çinlə müharibə haqqında danışmaq istəmirəm"
Qeyd edək ki, əvvəlki açıqlamalarında Kovid-19-un Uhandakı bir laboratoriyadan çıxdığını iddia edən Trump, «Bu virus Uhanda (koronavirusun ilk yayıldığı Çin şəhəri) meydana gəldi, ancaq bir laboratoriya ola bilməz. Virusun ortaya çıxmasına və bütün dünyaya yayılmasına icazə verilməməlidir» demişdi.
«Çinlə müharibə haqqında danışmaq istəmirəm. Çox xoşagəlməz bir şeydir. Bilirsiniz ki, bir neçə ay əvvəl Çinlə ticarət sazişi imzaladıq. İki ölkə arasındakı münasibətlərdə böyük bir nikbinlik var idi. Sonra bu virus ortaya çıxdı" deyə Tramp bildirib.
«Bəlkə də ABŞ-ın tarixində ən pis qərar Yaxın Şərqə girmək idi»
Əgər o prezident seçilməyəsəydi ABŞ-ın Şimali Koreya ilə müharibə vəziyyətində olacağını bildirən Tramp, ABŞ-ın keçmiş prezidenti Corc Buşun İraq qərarını da tənqid edib. ABŞ-ın İraq, Əfqanıstan və Suriyadakı iştirakını azaltdığını vurğulayan Trump, «ABŞ tarixində ən pis qərar Yaxın Şərqə girmək idi. Hər iki tərəfdən milyonlarla insan öldü. Biz 8 trilyon dollar xərclədik» - deyib.