Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.
Eləcə də bax: Kasım-Jomart Tokayev: “Qazaxıstanda oliqarx kapitalizmi erası başa çatır”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.
“Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub”, - deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib.
Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.