“Qazaxıstanda oliqarx kapitalizmi erası başa çatır, ölkə vətəndaşları qarşısında sosial məsuliyyət dövrü başlayır”.
Eləcə də bax: Tokayev Rusiyanı tərk edən şirkətləri ölkəsinə cəlb etmək üçün - GÖSTƏRİŞ VERİB
FED.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Karaqanda vilayətinin sakinləri ilə görüşdə bildirib.
Dövlət başçısı Qazaxıstandan kapitalın xaricə qanunsuz çıxarılmasına imkan verməyəcəklərini və şirkətlərin müxtəlif sosial proqramlarının icrasına nəzarət edəcəklərini vurğulayıb. Onun sözlərinə görə, vergi ödənişləri xüsusi nəzarətdədir.
O qeyd edib ki, iri sənaye müəssisələri bu tələblərə cavab verməsələr, ortaqlığı dayandırmalı olacaqlar: “Dövlət Qazaxıstanda işləyən bütün iri hasilatçı şirkətlərin fəaliyyətini çox yaxından izləyir. Vətəndaşlarımıza ölkə iqtisadiyyatında aparıcı mövqe tutan səmərəli və sosial məsuliyyətli biznes lazımdır”. (Report)