“Qazaxıstanda baş verənlər dövlət çevrilişinə cəhddir. Terrorçuların əsas məqsədi hakimiyyəti qəsb etmək olub”.
Eləcə də bax: Nazarbayevin qardaşı oğlu - SAXLANILDI
FED.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən sammitində söyləyib.
Qazaxıstanın müstəqillik tarixinin ən ağır böhranından keçdiyini vurğulayan dövlət başçısı Rusiya və Belarus prezidentlərinə yardıma görə təşəkkürünü bildirib. (Marja)