Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Almatıda saxlanılıb.
Eləcə də bax: Nursultan Nazarbayev - İSTEFA VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Orda.kz” nəşri yayıb.
Bildirilir ki, Samat Abiş iki saat əvvəl saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən sözügedən postda idi.