Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Məlumata görə, İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib. O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.
General Rəhimi isə “Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.