FED.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvanda Laçın rayonu ilə Ermənistan arasında sərhəddə və mümkün Zəngəzur dəhlizinin hər iki başında nəzarət-buraxılış məntəqlərinin (NBM) yaradılması ilə bağlı Azərbaycanın təklifinə qarşı çıxış ediblər.
Azərbaycan Ermənistanla görüşdə yeni təklif irəli sürüb – İLHAM ƏLİYEV AÇIQLADI
“Həqiqətən Münhendə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə əlaqədar ideya səsləndirilib. (…) Lakin bizim cavabımız birmənalıdır və dəfələrlə səsləndirilib və dəyişməz olaraq qalır. Laçın dəhlizinin parametrləri müzakirə edilib. Söhbət 9 noyabr 2020-ci il tarixli sənəddən gedir", - Mirzoyan çərşənbə günü İrəvanda Lüksemburq XİN başçısı Jan Asselborn ilə birgə mətbuat konfransında bəyan edib.
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşün yekunlarına dair jurnalistlərə bəyan edib ki, Bakı Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib – “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə”. “Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”, - İlham Əliyev bildirib. (İnterfaks-Azərbaycan)