Şri-Lankada hökuməti devirən etirazçılar prezidentin evinə hücum edərək burada 17,8 milyon pul tapıblar.
Üzərində «Slava Ukraine» yazılan 2 avroluq – SATIŞA ÇIXARILDI - QİYMƏT
FED.az xəbər verir ki, rupinin məzənnəsi aşağı olduğuna görə, tapılan pullar dollarda elə də böyük məbləğ deyil – cəmi 49 min dollar.
«Dünən prezidentin evində 17 850 000 rupi tapıldı və o pullar rayonun polis rəisinə verildi»-deyə etirazçıların təşkilatında bildirilib.
Xatırladaq ki, aprel ayından bəri Şri-Lanka-da iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq etiraz aksiyaları başlayıb. Ölkə 1948-ci ildə müstəqillik əldə edəndən bəri ən ağır iqtisadi böhranla üzləşib və bu sosial iqtisadi gərginliyə səbəb olub.
İyulun 9-da etirazçılar prezidentin iqamətgahına hücum edərək onu nəzarətə götürüblər. Prezident Qotabay Racapaksa ölkəni 20 ildir ki, idarə edirdi və etirazçıların hücumundan bir qədər əvvəl buranı tərk edə bilib.
Artıq onun və baş nazirin istefa verəcəyi dəqiqləşib.